12 fevral 2013 15:26
Qarabağın futbolçusu hakim təhqir etdiyinə görə 4 oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra əvəzedici heyətlərin 19-cu turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Rəvan” – “Turan” oyunun 29-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Anar Hüseynov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.

“Qəbələ” – “Qarabağ” oyunun 90+2-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Osman Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “İnter” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.