12 fevral 2013 15:58
Rəvan Kəpəzlə oyuna trenajor zalda hazırlaşır (FOTO)
Premyer Liqanın XX turu çərçivəsində "Kəpəz”lə qarşılaşacaq "Rəvan” futbol klubu oyuna hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda səhər saatlarında bu günə nəzərdə tutulan 2 məşqdən birincisini keçib.
Bu məşq bilavasitə futbolçuların fiziki hazırlığına yönəlmişdi. Çünki futbolçular trenajor zalında əzələ kütlələrini artırmağa çalışırdı.
Axsam saat 17:00-da isə "Rəvan”lılar Bayıl Arenada ikinci məşqə çıxacaq. Budəfəki çalışmalar daha çox taktiki-texniki yöndə olacaq.
