13 fevral 2013 18:01
Rəvanın hazırlıqları davam edir (FOTOREPORTAJ)
Topaz Premyer Liqasında 20-ci turun "Kəpəz”lə oyununa hazırlıqlarını davam etdirən "Rəvan” gündə 1 məşqlə kifayətlənir. Azerisport.az xəbər verir ki, komanda "Bayıl Arena”da məşq edir.
Baş məşqçi Ramil Əliyevin tapşırıqlarını can-başla yerinə-yetirən futbolçuların istəyi qələbə seriyası yaxalamaqdı. "Turan”la görüşdə 82 günlük həsrətə son qoyaraq hesabına 3 xal yazan komanda növbəti zəfərə köklənib. Düşərgədəki ab-hava da pozitiv olmağa əsas verir. Komandada zədəli futbolçu yoxdu. "Turan”la matçda zədələndiyindən oyunu yarımçıq tərk etməli olan Samuel Barlay da komandayla ümumi məşqlərdə iştirak edir.
Qeyd edək ki, "Kəpəz” – "Rəvan” oyunu fevralın 16-da, saat 15:00-da "Dalğa Arena”da keçiriləcək.
