13 fevral 2013 18:12
Neftçidə Bertuççi və Tərlan Quliyev şoku
Azərbaycan çempionu “Neftçi” Topaz Premyer Liqasının 4-cü turundan təxirə salınmış AZAL-la oyunuda qələbə qazansa da, bu uğura ciddi itkilər bahasına nail olub. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu görüşdə birdən-birə iki aparıcı futbolçusunu itirib.
Belə ki, “ağ-qaralar”ın cinah müdafiəçisi Bruno Bertuççi və mərkəz müdafiəçisi Tərlan Quliyev ciddi zədə ilə üzləşib. Hər iki futbolçu bu üzdən elə ilk yarıda əvəzlənmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Bertuççinin çiyni çıxıb. Quliyev isə əzələsini dartıb. Onların konkret nə vaxt sıraya dönəcəyinə qarşıdakı günlərdə aydınlıq gələcək.
