13 fevral 2013 18:23
“Klubu düşdüyü vəziyyətdən çıxarmaq üçün canla-başla mübarizə aparacağıq”
"Komandamızda yaxşı futbolçular var. Təcrübəlilərlə yanaşı, gənclər də heyətdə yer alıb. Baş məşqçimiz işi biləndir. Yaxşı məşqlər keçir". Azerisport.az xəbər verir ki, bu fikirlər "Kəpəz"in qış transfer dövründə heyətinə qatdığı Pirkuli Saparova məxsusdu.
Qarşıdakı oyunlara hazırlaşdıqlarını və hər şeyin normal olduğunu söyləyən türkmənistanlı legioner klubumuza kömək etmək üçün gəldiyini bildirib: "Komandamızın çətin durumda olduğunu bilirəm. Klubu düşdüyü vəziyyətdən çıxarmaq üçün canla-başla mübarizə aparacağıq. Çalışacağıq ki, uğursuzluğa son qoyub, turnir cədvəlində yuxarı pillərə doğru hərəkət edək. Allah qoysa, hər şey yaxın vaxtda yaxşı olar ".
Yarımmüdafiəçi çempionatımızda debüt etdiyi oyun haqda da danışıb. O, "Neftçi" ilə oyunu dəyərləndirib: "Rəqib bizdən güclü idi. Avroliqada oynamış klubdu. Komandamız isə yeni yığışıb. Uygunlaşma üçün müəyyən vaxt lazımdı. Çalışdıq onlara qarşı layiqli mübarizə aparaq. Amma bu hardasa alınmadı".
