13 fevral 2013 18:45
Kəpəz Rəvanla oyuna məşqləri davam etdirir
Fevralın 11-dən başlayaraq "Kəpəz" qarşıdakı turda görüşəcəyi "Rəvan"la oyunun hazırlarına start verib. Azerisport.az xəbər verir ki, komanda ilk günlərdə səhər və axşam olmaqla iki dəfə məşq edib.
Bu gündən isə futbolçular oyuna kimi bir dəfə hazırlıq prosesinə çıxacaqlar.
Fevralın 13-nə təyin olunan məşq saat 11:00-da baş tutub. "Dalğa Arena"da reallaşan çalışmalar təxminən iki saata yaxın müddətdə davam edib. İsinmə hərəkətlərinin yerinə yetirilməsi ilə başlayan məşqdə daha sonra futbolçular "kvadrat" oynayıblar. Hazırlıq prosesinin davam edən bölümündə isə top saxlama, qapıya doğru zərbələr eləcə də müxtəlif gedişli həmlələr üzərində işlənilib.
