13 fevral 2013 19:10
“Yalnız ilk 30 dəqiqədə səhvsiz oynadıq”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 16-cı turundan təxirə salınmış “Bakı” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 0:4 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Yalnız ilk 30 dəqiqədə səhvsiz oynadıq. Buraxılan ilk qoldan sonra oyunumuz pozuldu, səhvlər artdı. Fasilədəki əvəzetmələrlə dönüş yaratmağa çalışdıq. Lakin qapımıza vurulan qollar komandanı tamamilə ruhdan saldı. Qarşıda “Xəzər Lənkəran”la səfər oyunumuz var, çox çətin olacaq. Həmin oyunda xal qazanmalıyıq”.
