13 fevral 2013 19:16
“Altılıq uğrunda mübarizəni sona kimi davam etdirəcəyik”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 16-cı turundan təxirə salınmış “Turan”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 4:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Məqsədimiz yalnız qələbə qazanmaq idi. Buna yaxşı oyunla nail olduq. Turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırdıq. “Altılıq” uğrunda mübarizəni sona kimi davam etdirəcəyik. Həm oyundan, həm də nəticədən razı qaldım. İlk hissədə daha çox qol vurmalı idik. Bu qələbə ilə qarşıdakı 3 oyuna ümidlə yollanmaq baxımından da lazım idi”.
