13 fevral 2013 11:36
Yığmamızın üzvü Azərbaycan klubuna qarşı oynadı
Futbol üzrə Azərbaycan yığmasının üzvü Elhad Nəzirinin şərəfini qoruduğu Moldovanın “Milsami” klubu növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın “Neftçala” klubu ilə qarşılaşıb.
Qarşılaşma 2:0 hesabı ilə “Milsami”nin xeyrinə başa çatıb.
Qeyd edək ki, Nəziri bu dəfə ilk dəqiqələrdən meydanda olub. Lakin o, fasilədə əvəzlənib.
