13 fevral 2013 11:51
Bombardirin qardaşından ilk
Topaz Premyer Liqasının XIX turundakı “İnter”lə oyun (2:3) daha iki futbolçunun “Xəzər Lənkəran”da qol hesabını açması ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, rəqib qapısına yol tapan hər iki futbolçu ilk dəfə bunu bacarıb.
Milliləşən almaniyalı Uğur Pamuk elə ilk matçında qol hesabını açmağı bacarıb. Komandada cari mövsüm debüt edən Ağabala Ramazanov isə 9-cu oyununda “siftə” etdi.
Bununla da o, klub tarixində fərqlənən oyunçuların sayını 78-ə çatdı. Ramazanov “Xəzər Lənkəran”da qol sevinci yaşayan 29-cu yerli futbolçudu. Milliləşən almaniyalı Pamuk isə 49-cu əcnəbi qolçudu. Bu əcnəbilər 21 ölkəni təmsil edir.
Qeyd edək ki, komandanın bombardirlər siyahısına Ağabalanın qardaşı - 44 qol vuran Zaur Ramazanov başçılıq edir.
