13 fevral 2013 12:07
Qarabağ Reynaldosu ilə məşqlərə başladı
“Qarabağ” “Sumqayıt”la oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 20-ci turunda “gənclik şəhəri”nin təmsilçisini qəbul edəcək Ağdam klubu bu gün 2 məşq yerinə yetirəcək.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ”ylə sonuncu turun görüşündən sonra əsas heyətdə meydana çıxanlara 1 günlük istirahət vermişdi.
Artıq 11:00-da “Qarabağ” ilk məşqinə yollanıb. Komandada bütün futbolçuların sıraya dönməsi üzləri güldürür. Ağdamlıların supertransferi Reynaldo da artıq məşqlərdə iştirak edir. Artıq “Anderlecht”dən transfer edilən yarımmüdafiəçi Belçikadan geri dönərək komanda iləa çalışmalara başlayıb.
Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” oyunu fevralın 16-da, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
