14 fevral 2013 00:12
Sumqayıt tam heyətlə hazırlıq keçir
Topaz Premyer Liqasının son turunda "Bakı" ilə heç-heçə edən (1:1) "Sumqayıt" bir günlük istirahətdən sonra yenidən bir araya gəlib. Azerisport.az xəbər verir ki, “Bayıl Arena”da səhər məşqinə çıxan Bernard Raabın komandası tam heyətlə "Qarabağ"la oyuna hazırlaşır.
Bu arada, əvəzedici komandanın iki üzvü - Bayram Nuruzadə və Fərid Kərimzadə də əsas komandaya cəlb olunub. Hər iki futbolçu səhər məşqində iştirak edib.
Qeyd edək ki, "Sumqayıt" Topaz Premyer Liqasının növbəti turu çərçivəsində fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın qonağı olacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.
