13 fevral 2013 12:35
Azərbaycan Qırğızıstanla yoxlama oyunu keçirəcək
Futbol üzrə Azərbaycan və Qırğızıstan yığma komandaları yoxlama oyununda qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə bu oyun 2014-cü ildə baş tutacaq. Amma oyunun konkret harda və hansı tarixdə keçiriləcəyi bəlli deyil.
