13 fevral 2013 12:48
Valentiç: Azərbaycana gəlişimi geriyə addım saymıram
“Qəbələ”nin yeni transferi Nikola Valentiç azerisport.az saytına müsahibəsində yeni komandasından danışıb, eləcə də digər sualları cavablandırıb.
- Yeni komandanızdakı debütünüzü necə qiymətləndirirsiz?
- Çətin oyun oldu. Mənə 15 dəqiqə oynamaq nəsib oldu. Komandama kömək etməyə çalışdım. Hətta hücumlara da qoşulmağa cəhd göstərdim. Yeni komandamdakı ilk oyunumdan qalib ayrılmaq istəyirdim.

- “Qarabağ” Premyer Liqanın ən güclü klublarından biridi. Siz bu komandaya necə qiymət verə bilərsiz?
- Möhkəm komandadı. Xoşuma gəldi. Təəssüf ki, biz hələ istənilən səviyyədə deyilik. Komandamızda çoxlu yeni futbolçular var. Bizə vaxt lazımdı. Zamanla hər şeyin qaydasına düşəcəyinə inanıram.

- “Qəbələ”nin heyətində demək olar ki, bütün yeni futbolçuları görmək mümkün oldu. Bəs siz niyə start heyətdə deyildiniz?
- Baş məşqçimizin qərarı belə oldu. Həm də mən hələ yaxşı formada deyiləm.

- Turnir cədvəli ilə tanış ola bilmisiz? “Qəbələ”nin perspektivlərini necə qiymətləndirirsiz?
- Komanda ilk altılıqdakı yerini təmin etməlidi. Ondan sonra ilk üçlüyə düşmək üçün mübarizə aparmaq olar. Axı “Qəbələ” hələ belə uğura imza atmayıb.

- Qəbələ şəhər kimi xoşunuza gəldi?
- Bəli. İnkişafda olduğu hiss edilir. Deyirlər tezliklə Bakı kimi bir şəhər olacaq (gülür). Ailəmi gözləyirəm. Tezliklə, onlar da bizə qoşulacaqlar. Darıxmayacam.

- Rusiyada altı il keçirdikdən sonra Azərbaycana gəldiniz. Niyə?
- Bunu geriyə addım hesab etmirəm. Əgər buna işarə edirsizsə... Baxaq, görək necə alınacaq. Azərbaycanda futbol inkişaf edir. Çempionat da zəif deyil. Rəqiblərimizdən daha çox “Qarabağ”ı tanıya bilmişəm. Deyə bilərəm ki, Rusiya Premyer Liqasında ortabab bir komandadı.

- Rusiyada çıxış etmiş futbolçu üçün Azərbaycanda oynamaq çətin deyil ki?
- Hər şey necə başlamağımdan asılıdı. Düzdü, Rusiyada fərqli futbol oynanılır. Asan olacağını düşünmürəm. Fikrimcə, məndə hər şey alınacaq.