13 fevral 2013 13:12
Arif İsayev bir həftəyə sıraya dönəcək
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Denizlispor” klubunun yarımmüdafiəçisi Arif İsayev təxminən bir həftə sonra sıraya dönəcək. Azerisport.az xəbər verir ki, futbolçumuz artıq zədəsini sağaldıb.
Böyük ehtimalla həmyerlimiz qarşıdakı turda da meydana çıxa bilməyəcək. Gələn həftə isə onun yenidən komandasına kömək etməsi mümkündü.
