15 fevral 2013 01:57
Fenerbahçe sülh, Ruslan Abışovun klubundan Atletico üzərində qələbə (YENİLƏNİB)
Bu gün futbol üzrə UEFA Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Turun Azərbaycan azarkeşləri üçün maraqlı olacaq duellərindən biri Belarusda yerli BATE ilə Türkiyənin “Fenerbahce” klubları arasında keçirilib. Qarşılaşma sülhlə bitib.
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun müqavilə bağlamağa hazırlaşdığı Rusiya "Rubin"i isə səfərdə İspaniyanın "Atletico" klubuna iki cavabsız qolla qalib gəlib.
Digər oyunların nəticələri və vurulan qollarla aşağıda tanış ola bilərsiz:
Avropa Liqası
1/16 final (ilk oyunlar)
14 fevral
Anji (Rusiya) – Hannover (Almaniya) - 3:1
Qollar: Eto`o, 34, Axmedov, 48, Bussufa,64 - Huşti, 22.
Matçın 58-ci dəqiqəsində Eto`o penaltidən yararlana bilməyib
Zenit (Rusiya) – Liverpool (İngiltərə) - 2:0
Qollar: Halk, 69, Semak, 7.
Ajax (Hollandiya) - Steaua (Rumıniya) - 2:0
Qollar: Alderveyreld, 28, Rhijn, 48.
BATE (Belarus) – Fenerbahce (Türkiyə) - 0:0
Bayer (Almaniya) – Benfica (Portuqaliya) - 0:1
Qol: Kardoso, 61.
Dinamo (Kiyev, Ukrayna) – Bordeaux (Fransa) - 1:1
Qollar: Haruna, 20 - Obranyak, 23.
Matçın 76-cı dəqiqəsində meydan sahiblərinin üzvü Qusev penaltidən yararlana bilməyib
Levante (İspaniya) – Olympiakos (Yunanıstan) - 3:0
Qollar: Rios, 10, Barkero, 40-pen, Martins, 56.
Matçın 30-cu dəqiqəsində Martins penaltidən yararlana bilməyib
Napoli (İtaliya) - Viktoria (Çexiya) - 0:3
Qollar: Darida, 28, Raytoral, 79, Teçl, 90.
Sparta (Çexiya) – Chelsea (İngiltərə) - 0:1
Qol: Oskar, 82.
Atletico (İspaniya) - Rubin (Rusiya) - 0:2
Qollar: G.Karadeniz, 6, Orbais, 90+4.
Basel (İsveçrə) – Dnepr (Ukrayna) - 2:0
Qollar: Stoker, 23, Ştreller, 67.
Inter (İtaliya) - CFR Cluj (Rumıniya) - 2:0
Qollar: Palasio, 20; 87.
Borussia (Münhenqladbax, Almaniya) – Lazio (İtaliya) - 3:3
Qollar: Ştransl, 17-pen, Marks, 84-pen, Aranqo, 88 - Flokkari, 57, Kozak, 64; 90.
Matçın 70-ci dəqiqəsində Ştransl daha bir penaltini boşa verib
Newcastle (İngiltərə) - Metallist (Ukrayna) - 0:0
Stuttgart (Almaniya) – Genk (Belçika) - 1:1
Qollar: Gentner, 42 - Plet, 90.
Tottenham (İngiltərə) – Olympique (Lion, Fransa) - 2:1
Qollar: Q.Beyl, 45; 90 - Umitti, 55.
