13 fevral 2013 14:31

Arif İsayev: Denizlispordan qovmasalar, heç yerə gedən deyiləm

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Denizlispor” klubunun yarımmüdafiəçisi Arif İsayev azerisport.az saytına müsahibəsində zədəsindən, Rail Məlikovdan danışıb, digər sualları cavablandırıb.
 
- Nə vaxt sıraya dönəcəksiz?
- Artıq zədəmi sağaltmışam. Dünən ilk məşqə çıxdım. Bu tur “Göztəpə”yə qarşı oynaya bilərəm. Bizi səfərdə çətin oyun gözləyir. İzmir təmsilçisinin yaxşı azarkeşləri var. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
 
- Komandada atmosfer necədi? İki gün öncə autsayderlər qrupunda qərarlaşan “Tavşanlı Linyitspor”a uduzdunuz...
- Təbii ki, belə məğlubiyyətdən sonra atmosfer o qədər də yaxşı deyil. Bu yenilgi planlarımıza daxil deyildi. Çalışırıq ki, bu uğursuzluğu unudaq. Qarşıdakı matçda qələbə qazanmaq istəyirik.
 
- Daha iki oyunu buraxmalı olacaq Rail Məlikov nə işlə məşğuldu?
- O, bir neçə günlük Azərbaycana qayıdıb. Yeri gəlmişkən, elə son oyunda Railin yoxluğu da hiss olunurdu.
 
- “Göztepe” ilə oyunda meydana çıxmağınız mümkündü?
- Buna baş məşqçi qərar verəcək. Hesab edirəm ki, ilk dəqiqələrdən meydana çıxmaq şansım var.

- Cavid Hüseynovun “Adana Demirspor”u “Bakı”ya dəyişməsi sizin üçün nə dərəcədə gözlənilən oldu?
- Bu, onun öz qərarıdı. Mən buna yalnız hörmətlə yanaşa bilərəm. Cavidə uğurlar arzulayıram.
 
- Bizim futbolçular niyə ölkə xaricində çox duruş gətirə bilmirlər?
- Hər birinin öz səbəbləri var. Ola bilər ki, klubları artıq pul vermək istəmədiyi üçün qayıdırlar (gülür). Şəxsən məni “Denizlispor”dan qovmasalar, heç yerə gedən deyiləm.

- Bəs Premyer Liqa klublarından hansısa sizə “Denizlispor”dakından daha yaxşı təklif ünvanlasa, onda necə?
- Hələ heç yerə getmək fikrim yoxdu. Əgər bura gəlmişəmsə, oynamalıyam.
 
- Bu yaxınlarda yığmamızın Dubayda toplanışı oldu. Amma Raillə yanaşı, bu dəfə siz də həmin toplanışa çağırılmadınız. Niyə?
- Mən deməzdim ki, Berti Foqts bizim kluba qarşı fərqli münasibət bəsləyir. Railin durumu ilə bağlı heç nə deyə bilmərəm. Amma mən “Denizlispor”da oynamaqla yığmaya dəvət alacaq. Yığmamız üçün darıxmışam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.