13 fevral 2013 15:04
Rəzalət: Turan – Bakı matçında bir dənə də azarkeş yoxdu!
Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turundan təxirə salınmış “Turan” – “Bakı” oyunu bu gün nəhayət ki, baş tutub. Lakin azerisport.az xəbər verir ki, sözügedən qarşılaşmaya maraq demək olar ki, yox dərəcəsindədi.
Belə ki, bir neçə dəqiqə öncə startı verilən matçı izləmək üçün “Dalğa Arena”ya bir dənə də azarkeş təşrif buyurmayıb. Bu üzdən elə təhlükəsizlik işçilərinin də sayının çox olmaması təəccüb doğurmamalıdı. Bunun üçün sözügedən arenaya cəmi bir (!) polis işçisi göndərilib.
Bu oyuna medianın da marağı çox azdı. Qarşılaşmanı televiziyalar canlı yayımlamır. Bu oyunu işıqlandırmaq üçün “Dalğa Arena”ya cəmi 2 jurnalist təşrif buyurub.
