13 fevral 2013 15:49
Neftçi AZAL-la oyunda qalib gələcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 4-cü turundan təxirə salınmış AZAL – “Neftçi” matçı necə bitəcək” sualı ilə müraciət etdiyimiz oxucuların yekun rəyini təqdime dirik.
Respondentlərin böyük əksəriyyəti bu oyunda “Neftçi”nin qalib gələcəyini proqnozlaşdırır. Bu varianta 168 səs (72 faiz) verilib.
AZAL-ın qələbə qazanacağına isə cəmi 16 faiz (38 səs) inanır. Yerdə qalan respondentlər heç-heçə olacağı qənaətindədi.
