13 fevral 2013 16:26
İnter Qəbələ ilə oyunun hazırlıqlarına başladı (FOTO)
Premyer Liqasının 19-cu turunda səfərdə "Xəzər Lənkəran"la qarşılaşan "İnter" oyundan sonra bir gün istirahət etdi. Azerisport.az xəbər verir ki, komanda bu gün yenidən məşqləri bərpa edib.
Xatırladaq ki, "İnter" növbəti turda "Qəbələ" komandasıyla qarşılaşacaq. Oyun fevralın 17-də "Şəfa" stadionunda baş tutacaq.
