13 fevral 2013 16:54
Petrolul azərbaycanlı futbolçu ilə müqavilə bağlamaq istəyir
Rumıniyanın “Petrolul” klubu azərbaycanlı futbolçu ilə güclənməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, “Petrolul”un maraq dairəsinə düşən həmyerlimiz Moldovanın “Milsami” klubunda çıxış edən müdafiəçi Elhad Nəziridi.
Qeyd edək ki, Elhad hazırda “Milsami” ilə birgə Türkiyədə təlim-məşq toplanışında iştirak edir. Rumınlar isə Nəzirinin bu gün “Petrolul”un heyətində yoxlama matçında meydana çıxacağını iddia edir. Ola bilsin ki, bu oyunda özünü yaxşı tərəfdən göstərəcəyi halda, millimizin üzvü Rumıniya klubu ilə müqavilə imzalasın.
