14 fevral 2013 16:57
Roy Makay Azərbaycana gəlir
“Simurq”un sabiq futbolçusu Mixail Starostyakla Hollandiya yığmasının sabiq hücumçusu Roy Makay Azərbaycana gəlir. Azerisport.az xəbər onların hər ikisi Qəbələdə keçiriləcək 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunda iştirak edəcək komandaların baş məşqçisi kimi ölkəmizə təşrif buyuracaqlar.
Belə ki, Starostyak hazırda “Şaxtyor”un müvafiq yaş qrupundan ibarət komandasını çalışdırır. Makay da “Feyenoor”dun U-15 komandasının sükanı arxasında çalışır.
