14 fevral 2013 18:17
Rail Məlikov Neftçidən qızıl medalını aldı
Hazırda Türkiyənin “Denizlispor” komandasında çıxış edən müdafiəçi Rail Məlikov hazırda Bakıdadı. Azerisport.az xəbər verir ki, PTT Birinci Liqasının üç oyununda cəzalı duruma düşdüyünə görə forma geyməkdən məhrum olan futbolçumuz bundan istifadə edərək vətənə qayıdıb.
Səfər zamanı o, keçmiş klubu “Neftçi”nin bazasına da gedib. Burda Məlikova “Neftçi”nin heyətində qazandığı çempionluq medalı təqdim edilib.
Məlikov “Neftçi”nin bazasında klub prezidenti Sadıq Sadıqovla da görüşüb.
