14 fevral 2013 18:35

Rail Məlikov: Türkiyə Liqası Azərbaycan çempionatından heç də üstün deyil

Türkiyənin “Denizlispor” klubunda çıxış edən Rail Məlikov bu gün “Neftçi”nin bazasında olub. Azerisport.az xəbər verir ki, keçmiş komanda yoldaşları və klub rəhbərliyi ilə görüşdən sonra Rail Məlikov klubun rəsmi saytına müsahibə verib:
 
- Mövsümün əvvəlindən Türkiyənin “Denizlispor” klubunun formasını geyinirsən. Qardaş ölkədəki şəraitindən, çıxışından razısanmı?
- Ölkədən kənarda oynamağın öz üstünlükləri olduğu kimi müəyyən çətinlikləri də var. Amma ora tezliklə uyğunlaşdım. Məlumdur ki, eyni dildə danışırıq və adətlərimiz də çox oxşardı. Bu baxımdan çətinlik yaranmadı. Təbii ki,Türkiyə futbolunda rəqabət və mübarizə daha ağırdı. Bununla belə PTT Liqası Azərbaycan çempionatından heç də üstün deyil. Sadəcə orada futbol infrastrukturu daha güclü inkişaf edib və azarkeşlər oyunlara daha çox maraq göstərirlər. Belə şəraitdə oynamaq futbolçuya da zövq verir. Fikrimcə bu gün 5-10 futbolçumuz Türkiyə Super Liqasının klublarında çıxış edəcək gücdədi. Bu klublar arasında mənimlə maraqlananlar da var.
 
- Türkiyədə olduğun müddətdə “Neftçi”nin oyunlarını izləyirdinmi?
- Mən “Neftçi” ilə 2 dəfə çempionluq yaşamışam. Ən böyük uğurlarım da bu klubun adı ilə bağlıdır. “Neftçi”nin səfərdə APOEL-i məğlub etməsinə nə qədər sevindiyimi ifadə edə bilmərəm. Hətta yaxşı mənada qısqanmışdım da. Həmin heyətdə olmaq istərdim. Amma bu futbolçu həyatının yazılmamış qaydasıdır. Ömürlük bir klubda qala bilməzsən. Necə deyərlər əvəzedilməz futbolçu yoxdur.
 
- Türkiyədə “Neftçi”nin Avropa Liqasındakı oyunlarına maraq necə idi?
- “Neftçi”nin bəzi qrup oyunlarına komanda yoldaşlarımla birgə baxmışdım. Onlar da yaxşı mənada təəccübləndikərini deyirdilər. İtaliyada “İnter”lə heç-heçədən sonra bir daha əmin oldular ki, Azərbaycanın Avropada sözünü deyə biləcək səviyyədə təmsilçisi var. Bu onlar üçün də qürur mənbəyidir. Azərbaycanda futbolsevərlər məşhur Türkiyə klublarına necə azarkeşlik edirsə, yaxın gələcəkdə Türkiyədə də “Neftçi”nin belə fanatları olacaq. Artıq bunun ilk işartıları var.
 
- “Neftçi” həmişə olduğu kimi bu mövsüm də çempionluğa iddialıdı. Bununla bağlı fikirlərini bilmək istərdik.
- “Neftçi” ardıcıl 3-cü dəfə çempion olmaq üçün hər bir potensiala malikdir. Klub prezidenti Sadıq Sadıqovun formalaşdırdığı kollektiv yalnız ən yüksək məqsədlər üçün çalışır. “Neftçi”ni qızıl medallardan savayı heç bir yer qane edə bilməz. Hazırda “Dənizlispor”da çıxış etsəm də, ürəyim hər zaman “Neftçi” ilə döyünür. Futbolçusu olsam da, olmasam da mən “Neftçi”nin azarkeşiyəm. İnanıram ki, “Neftçi” bu mövsüm ardıcıl üçüncü çempionluğunu qazanacaq və avrokuboklarda yazdığı tarixin davamını gətirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.