14 fevral 2013 20:35
Simurq bosniyalı futbolçu ilə müqavilə imzaladı (FOTO)
"Simurq" daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu Antalya toplanışının son günlərində düşərgəyə təşrif buyurmuş Kiso Nenadla rəsmi müqavilə bağlayıb.
23 yaşlı bosniyalı futbolçu mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Kiso karyerası ərzində ölkəsinin 21 yaşlılardan ibarət yığma komandasında da forma geyinib. Gənc yarımmüdafiəçininn son klubu ötən mövsüm Macarıstan çempionatının qalibi "Deprecen" kollektivi olub.
