14 fevral 2013 20:45
Azərbaycan yığmasının finaldakı rəqibi bəlli oldu
Bu gün VI Bakı Beynəlxalq Futzal Turnirində qrup mərhələsinin son oyunları keçirilib. Azerisport.az xəbər verir ki, artıq final mərhələsində hansı komandaların mübarizə aparacağı dəqiqləşib.
Belə ki, turnirin finalında Azərbaycanın əsas yığma komandası Belarusla üz-üzə gələcək.
3-cü yer uğrunda oyun isə Özbəkistanla Latviya qarşılaşacaq.
Azərbaycan-2 yığması da Moldova ilə sonuncu olmamaq üçün mübarizə aparacaq.
