14 fevral 2013 11:09
AFFA rəsmisi UEFA tədbirində
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, AFFA-nın İnfrastruktur və İT üzrə direktoru, UEFA-nın qeyd olunan komitəsinin üzvü Elnur Məmmədov tədbirdə iştirak edəcək.
