14 fevral 2013 11:55

“Rəqabət mənə tanışdı və ondan qorxmuram”

Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın forvardı Rauf Əliyev Topaz Premyer Liqasının 16-cı turundan təxirə salınmış “Turan”la oyundan (4:0) sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Bu dəfə nəhayət ki, istədiyimizi edə bildik və qələbə qazandıq. Təəssüf ki, fasilədən sonrakı ilk oyunumuzda bu fürsəti əldən vermişdik. Amma ilk oyunlar həmişə çətin olur”.
 
Əliyev bundan öncəki “Sumqayıt”la görüşdə ilk dəqiqələrdən meydanda olsa da, bu dəfə Bojidar Bandoviç onu ikinci hissədə döyüşə atdı. Bəs görəsən, belə dəyişikliyə səbəb nədi: “Sumqayıt”la oyundan sonra baş məşqçi ilə söhbətləşdik və belə qərara gəldik ki, mən oyuna ehtiyatda başlasam, daha yaxşıdı. Axı ötən həftə üç oyuna çıxmışdım. Ona görə də “Turan”la oyunda start heyətdə deyildim”.

Rauf Əliyev komandasının ilk altılığa düşmək şansları barədə də danışıb: “Şansımız hələ də var. Qarşıda bizi də, rəqiblərimizi də çətin oyunlar gözləyir. Ona görə də hələ heç nə tam dəqiqləşməyib. Bütün oyunlar çətin olacaq. Lakin biz istəyimizə nail olmağa çalışacağıq”.
 
“Zolaqlılar”ın yeni forvardı qarşıdakı AZAL ilə oyuna da toxunub: “Güclü rəqibdi. Əminəm ki, onlar da bizimlə oyunda qələbə qazanmağa çalışacaqlar. Onların heyətində 4-5 futbolçunu xüsusi vurğulamaq olar ki, həmin oyunçular istənilən matçın taleyini həll etməyə qadirdilər. Amma biz öz üç xalımızı qazanmaq istəyirik”.

Əliyev uzun müddət “Qarabağ”da demək olar ki, əvəzolunmaz hücumçu sayılırdı. Lakin onu paytaxt klubunda Marius Pena, Ferdi Elmas kimi hücumçularla rəqabət gözləyir. Görək, millinin üzvü bu məsələyə necə münasibət bəsləyir: “Mən deməzdim ki, indiki vəziyyət “Qarabağ”dakından fərqlənir. Ağdamlıların da heyətində Vaqif Cavadov, Vüqar Nadirov kimi hücumçular var idi. Hərdən Əfran İsmayılov da hücumda oynayırdı. Ona görə də rəqabət mənim üçün tanış şeydi və ondan qorxmuram”.
 

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.