15 fevral 2013 00:14
Əfqan Talıbov: Xəzər Lənkəran ilə oyunda qapını Andrey Popoviç qoruyacaq
Topaz Premyer Liqasının 20-ci turunun “Xəzər Lənkəran”la oyununda “Turan”ın qapısını Andrey Popoviç qoruyacaq. Azerisport.az saytına müsahibəsində bunu Tovuz klubunun baş məşqçisi Əfqan Talıbov bəyan edib:
“Kamal Bayramov “Rəvan” və “Bakı” ilə oyunlarda çoxlu səhvlərə yol verdi. Nəticədə mən ona istirahət vermək qərarına gəldim. Böyük ehtimalla “Xəzər Lənkəran”la oyunda qapını Andrey Popoviç qoruyacaq”.

Qeyd edək ki, Popoviç ötən ilin sonlarında intizamsız davranışına görə Talıbov tərəfindən “Turan”dan uzaqlaşdırılmışdı. Amma AFFA rəhbərliyinin işə qarışmasından sonra tovuzlular millinin qapıçısını geri qaytarmışdılar.