14 fevral 2013 12:31
Bertuççi iki aylığa sıradan çıxdı
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Neftçi” Topaz Premyer Liqasının 4-cü turundan təxirə salınmış AZAL-la oyunuda qələbə qazansa da, bu uğura ciddi itkilər bahasına nail olub. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu görüşdə birdən-birə iki aparıcı futbolçusunu itirib.
Belə ki, “ağ-qaralar”ın cinah müdafiəçisi Bruno Bertuççi və mərkəz müdafiəçisi Tərlan Quliyev ciddi zədə ilə üzləşib. Hər iki futbolçu bu üzdən elə ilk yarıda əvəzlənmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Bertuççinin çiyni çıxıb. Quliyev isə əzələsini dartıb. Artıq onların zədəsinin nə dərəcədə ciddi olması da müəyyənləşib. Belə ki, iki aylıq sıradan çıxan Bertuççinin yalnız may ayında yaşıl meydanlara dönməsi gözlənilir. Quliyev isə iki həftədən sonra məşqlərə başlaya biləcək.
