14 fevral 2013 12:42
Elhad Nəziri Petrolulda daha bir oyuna çıxacaq
Rumıniyanın “Petrolul” klubunun baş məşqçisi Komsin Kontra futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirini daha bir yoxlama oyununda sınaqdan keçirəcək. Azerisport.az xəbər verir ki, həmyerlimiz Bolqarıstanın “Litex” klubu ilə görüşdə də bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, Moldovanın “Milsami” klubunda çıxış edən Elhad ötən gün “Petrolul”un Serbiyanın “Zeta Qoluboviç” klubuna qarşı sınaq matçında ilk dəqiqələrdən meydanda olub və 75-ci dəqiqədə əvəzlənib. Güman ki, millimizin üzvünün Rumıniya klubunda qalıb-qalmayacağına məhz “Litex”lə oyundan sonra aydınlıq gələcək.
