14 fevral 2013 13:27
“Neftçini çempion, Kanalesi bombardir etmək istəyirik”
“Neftçi”nin müdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində AZAL üzərində qazandıqları qələbədən (2:1), eləcə də “Simurq”la qarşıdakı oyundan danışıb.
- AZAL ilə oyun haqda nə deyə bilərsiz?
- Matçın çətin olacağını öncədən də bilirdik. AZAL ilk altılığa düşmək istəyir. Buna görə də onların bizə qarşı bu cür mübarizə aparması sürpriz olmadı. Birinci hissədə biz əla oynadıq, iki qol vurduq. Bütövlükdə, oyuna biz nəzarət edirdik. Amma rəqib də sona qədər mübarizə apardı.

- Komanda ikinci hissədə niyə fərqli futbol sərgiləməyə başladı?
- Biz hesabı qorumağa və riskə getməməyə çalışırdıq. Axı süni qazonda oynayırdıq. Şüvəlandakı arenanın da örtüyü daha pisdi. Adam elə hiss edir ki, “beton” üzərində oynayırsan.

- “Neftçi” artıq altılıq oyunlarına hazırdı?
- Hələ altılıq haqda düşünmək tezdi. Qarşıda daha üç oyunumuz var və onları qalib başa vurmaq istəyirik. Əks halda xal itkiləri işimizi çətinləşdirə bilər.

- “Neftçi”nin çıxışı Nikolas Kanalesin hücumdakı oyununun alınmasından asılı deyil ki?
- İstisna deyil. Həm də bu, qəribə qarşılanmamalıdı. Çünki “Neftçi” bir hücumçuku sxemlə oynayır. Çox istəyirik ki, Nasimov da sıraya tez dönsün. Kanales də digər oyunçulardan asılıdı. Əgər o qol vurursa, deməli, onun üçün bu vəziyyəti komanda yaradır. Biz “Neftçi”ni çempion, Kanalesi bombardir etmək istəyirik.

- Hansı komandanı çempionluq yolunda əsas rəqib sayırsız?
- Fikrimcə, ən çətin oyunlarımız “Qarabağ” və “İnter”lə olacaq. Çünki hər ikisi yüksəlişdədi. Onlarla çətin olacaq. Amma bu, o demək deyil ki, onları məğlub edə bilmərik. “Qəbələ”ni də qeyd edə bilərəm. Qışda xeyli gücləniblər.

- “İnter”i “Neftçi” üçün düşərli rəqib saymırlar...
- Öz qapısının toxunulmazlığı haqda daha çox düşünən komandalarla mübarizə aparmaq həmişə çətin olub. Amma biz həmişə açıq futbola üstünlük veririk. Əgər bacarırlarsa, qoy bizimlə açıq futbol oynasınlar. Düzdü, Lənkəranda bu komanda üç qol vurdu. Etiraf edim ki, onların axırıncı dəfə buna nə vaxt nail olduğunu xatırlamıram.
- Növbəti rəqib “Simurq”du...
- Çətin oyun olacaq. Liderlərdən birinə qarşı oynayacağıq. “Simurq” əvvəlkiylə müqayisədə çox dəyişilib. Çox kompakt oyun sərgiləyirlər, sona kimi mübarizə aparırlar. Lakin “Neftçi” Zaqatalaya qələbə üçün gedir.