15 fevral 2013 02:15
Son məşqə bir əskiklə
Çempionatın 20-ci turu çərçivəsində “Rəvan”la qarşılaşacaq “Kəpəz” oyun öncəsi son məşqini bu gün keçirəcək. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi matçın reallaşacağı “Dalğa Arena”da baş tutacaq.
Saat 11:00-da startı veriləcək son məşqdə baş məşqçi Mahmud Qurbanovun yetirmələrini çox da ağır çalışmalarla yükləməyəcəyi gözlənilir. Qeyd edək ki, Emin Əliyev istisna olmaqla, komandada zədəli futbolçu yoxdu.
