15 fevral 2013 02:18
“Azərbaycan yığmasına qarşı bacardığımız kimi oynadıq”
VI Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində keçirilmiş Azərbaycan – Moldova oyunundan sonra rəqib komandanın baş məşqçisi Vladimir Vusati fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, rəqib çalışdırıcı 1:6 hesablı məğlubiyyətlərini belə şərh edib:
“Rəqibimiz güclü idi. Azərbaycan millisinə qarşı bacardığımız kimi oynadıq. Komandamız gəncdir, bəzi oyunçular həyəcanlı idi. Millimizdə nəsildəyişmə prosesi gedir. Ötən seçmə mərhələdə oynayan futzalçılardan indiki heyətdə cəmi dörd oyunçu qalıb”.
