15 fevral 2013 02:21
Yığmamızın baş məşqçisi: İndi finalda qalib gəlmək qalır
VI Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində keçirilmiş Azərbaycan – Moldova oyunundan sonra yığma komandamızın baş məşqçisi Joze Alesio Da Silva fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, braziliyalı çalışdırıcı 6:1 hesablı qələbəni belə şərh edib:
“Oyundan-oyuna daha yaxşı təsir bağışlayırıq. İnkişaf var. Komandanın hazırlığı pis deyil. Rəqibə gəlincə, Moldova yığması gənc və yaxşı komandadır. Aqressiv oynadılar. Qarşıda Belarus yığması ilə final oyunumuz var. Çətin oyun olacaq. Finalda belaruslu futzalçılarla oynayacağımızı ehtimal edirdik. İndi qalib gəlmək qalır”.
