15 fevral 2013 17:29
“Azərbaycan üzərində yüz faiz qələbə qazanacağımızı deyə bilmərəm”
Futzal üzrə Belarus yığmasının baş məşqçisi Valeri Dosko Bakıda təşkil olunan beynəlxalq turnir çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri final matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanız öz yarımqrupunda birinci yeri tutmağı və finala çıxmağı bacardı. Bununla bağlı nə deyə bilərsiz?
- Bu, əlbəttə, bizim üçün yaxşı nəticədi. Amma Özbəkistanla oyunda istəyimizə nail ola bilmədik. Azərbaycanın ikinci komandası ilə oyundakı qələbədən sonra komandamdan yaxşı oyun gözləyirdim. Lakin görünür oyunçularımızı düzgün kökləyə bilməmişdik.
- Belarus bu turnirdə ilk dəfədi çıxış edir. Fikirlərinizi bilmək istərdik...
- Təşkilatçılara minnətdarlığımızı bildirmək istəyirəm. Ümumiyyətlə, Belarus və Azərbaycan futzalının səviyyəsi son illərdə xeyli qalxıb və əlaqələr də pis deyil. Bizim çox yaxşı münasibətlərimiz var və bundan razıyıq.
- Qarşınıza hansı hədəfi qoymusuz?
- İlk növbədə Avropa çempionatının seçmə mərhələsinə daha yaxşı hazırlaşmaq. Əminəm ki, komandanızın da əsas hədəfi məhz budu. Həmçinin əsas heyətə namizədləri də gözdən keçirməyə çalışırıq.
- İlk növbədə Avropa çempionatının seçmə mərhələsinə daha yaxşı hazırlaşmaq. Əminəm ki, komandanızın da əsas hədəfi məhz budu. Həmçinin əsas heyətə namizədləri də gözdən keçirməyə çalışırıq.
- Bəs turniri qazanmaq istəmirsiz?
- Hədəfimiz hər oyunda qələbə qazanmaqdı. Finala çıxmışıqsa, yəqin ki, bu oyunda da qələbə qazanmaq istədiyimizi başa düşürsüz. Bizi çox çətin oyun gözləyir.
- Hədəfimiz hər oyunda qələbə qazanmaqdı. Finala çıxmışıqsa, yəqin ki, bu oyunda da qələbə qazanmaq istədiyimizi başa düşürsüz. Bizi çox çətin oyun gözləyir.
- Komandanızı çox çətin rəqib gözləyir...
- Buna görə də oyun çox maraqlı keçəcək. Azərbaycan yığmasına müqavimət göstərməyə çalışacağıq.
- Buna görə də oyun çox maraqlı keçəcək. Azərbaycan yığmasına müqavimət göstərməyə çalışacağıq.
- Buna gücünüz çatacaq?
- Güc həmişə çatar. Əsas ustalıq səviyyəsidi. Belarus artıq bir neçə dəfə Azərbaycan yığmasını məğlub edib. Mən yüz faiz qələbə qazanacağımızı deyə bilmərəm. Çünki indi komandada böyük problemlərimiz var. Azərbaycan futzalçıları isə xeyli yüksəkdədilər.
- Minskə kubokla qayıda biləcəksiz?
- Ümid edirəm. Amma əgər alınmasa, buna görə ruhdan düşməyəcəyik.
- Ümid edirəm. Amma əgər alınmasa, buna görə ruhdan düşməyəcəyik.
