15 fevral 2013 17:46
Torres Sumqayıtla matçda oynamır, Reynaldo Qurbanovdan şans gözləyir
“Qarabağ” “Sumqayıt”la oyuna hazırdı. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 20-ci turunda “gənclik şəhəri”nin təmsilçisini qəbul edəcək komanda hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir.
“Qarabağ” “Sumqayıt”la matça tam heyətlə hazırlaşır. Düzdü, qış transferlərindən Kristian Torres hazır olmadığına görə oyuna çıxmayacağı dəqiqdi. Əvəzində Reynaldo “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov şans verəcəyi təqdirdə, oyuna çıxmağa hazırdı.
Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” görüşü sabah - fevralın 16-da, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
