15 fevral 2013 18:22
“İndi soyuq başla müqayisə edəndə görünür ki, hansı gücdə olan rəqiblərlə layiqli mübarizə aparmışıq”
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev komandanın Avropa Liqasındakı rəqiblərinin çıxışlarına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları dilə gətirib:
“Bizimlə eyni qrupda mübarizə aparmış “Rubin” və “İnter”in oyunlarını izlədim. Hər iki klub qazandıqları qələbə ilə yarışdakı iddialarını nümayiş etdirdilər. Qrupumuzdan növbəti mərhələyə vəsiqə qazanmış “Rubin” səfərdə “Atletico” Madridi məğlub etdi. İspaniya komandasının gücündən danışmaq məncə artıq olar. Belə yarımmüdafiə və hücum xətti olan komanda “Rubin”lə görüşdə fərqlənə bilmədi. “İnter” də elə ilk oyunda cütün taleyini demək olar ki həll etdi. Bu həmin “İnter”di ki, “Neftçi” onunla səfər matçinda 2:2 hesablı heç-heçəyə nail olmuşdu. Hətta mən deyərdim ki, İtaliya təmsilçisi yarışın favoritidi. İndi soyuq başla müqayisə edəndə görünür ki, biz hansı gücdə olan rəqiblərlə qarşılaşmışıq və layiqli mübarizə aparmışıq”.
