15 fevral 2013 18:45
Kəpəzin cəzalı futbolçusu sıraya döndü
Ötən tur "Neftçi" ilə oyunda cəzalı olduğuna görə komandaya kömək edə bilməyən Bujamin Asani artıq cəza dövrünü başa vurub. Azerisport.az xəbər verir ki, bu səbəbdən mekodoniyalı yarımmüdafiəçi sabah "Rəvan"a qarşı görüşdə komandanın sıralarında ola biləcək.
Futbolçu baş məşqçi Mahmud Qurbanovun ona güvənəcəyi təqdirdə meydana çıxacaq.
