15 fevral 2013 12:06
Elhad Nəziri Petrolulda növbəti matça çıxdı
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Elhad Nəziri Rumıniyanın “Petrolul” klubunun heyətində növbəti matça çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin baxışda olduğu klub Bolqarıstanın “Litex” klubu ilə qarşılaşıb.
Görüş 1:1 hesabıyla başa çatıb. Baş məşqçi Nəzirini 75-ci dəqiqədə meydana buraxıb.
Qeyd edək ki, Nəziri bundan öncə “Petrolul”un Serbiya “Zeta”sı ilə oyununda da meydana çıxmış və 75 dəqiqə oynamışdı. Onun “Petrolul”da qalacağı və ya Moldova “Milsami”sinə qayıdacağı hələ tam dəqiqləşməyib.
