15 fevral 2013 12:35

“Mən də Azərbaycanda iz qoymaq istəyirəm”

Futzal üzrə Azərbaycan yığmasının üzvü Eduardo Melo azerisport.az saytına müsahibəsində Bakıda təşkil olunan beynəlxalq turnirdən danışıb, eləcə də digər sualları cavablandırıb.
 
- Gözlənildiyi kimi, yığmamız Bakı turnirinin finalına yüksəldi...
- Biz Latviya və Moldova ilə oyunlarda yaxşı oyun sərgilədik və layiqli olaraq finala çıxdıq. Hər iki oyunda komanda baş məşqçinin tapşırıqlarını uğurlu şəkildə həyata keçirdi. Elə böyük hesablarla qalib gəlməyimiz də məhz bunun nəticəsidi.
 
- Belarusla final oyununda da belə asan olacağını gözləyirsiz?
- Belarus ciddi rəqibdi. Ona görə də final matçının daha maraqlı olacağını düşünürəm. Amma bu komandanı da böyük hesabla məğlub etməyə çalışacağıq.
 
- Siz ilk dəfədi Azərbaycan yığmasına dəvət alırsız. Artıq Azərbaycan pasportu almısız?
- İlk növbədə Azərbaycan yığmasına çağırıldığıma görə çox şad olduğumu bildirmək istəyirəm. Bilirəm ki, güclü komandaya gəlmişəm. Artıq pasport da almışam.
 
- Siz iki il “Neftçi”də çıxış etsəz də, yığmaya dəvət olunmurdunuz. Amma “Araz”a keçən kimi, vəziyyət dəyişdi. Bu, təsadüfdü, yoxsa?
- “Neftçi”də də yaxşı oyun sərgiləyirdim. Elə bu üzdən də mən ölkənin ən yaxşı klubuna transfer olundum. “Araz”a gələndən sonra yığmaya düşmək zaman məsələsi idi.
 
- Yığmamızda həmyerlilərinizdən daha çox Maşado Nilson möhkəmlənə bilib. Siz öz perspektivinizi necə görürsüz?
- 25 yaşım var. Hələ uzun illər burda oynamaq istəyirəm.
 
- Serjio artıq yığmamızdan ayrılıb. Onun yoxluğu komandamızın çıxışına təsir edə bilər, yoxsa siz onu unutdura biləcəksiz?
- O, yaxşı oyunçu idi. Bilirəm ki, burda sevilirdi. Etiraf edim ki, mən qarşıma Serjionu unutdurmaq hədəfini qoymamışam. Sadəcə, mən də Azərbaycanda iz qoymaq istəyirəm.
 
- Artıq qollar vurmağa başlamısız...
- Hə, geridə qalan hər iki oyunda qollar vurmağa nail oldum. Qol vəziyyəti olacaqsa, çalışacağam hər oyunda fərqlənim. Azərbaycan yığmasına Avropa çempionatının final mərhələsinə çıxmaqda kömək etmək istəyirəm. Məndən nə asılıdısa, bunun üçün əlimdən gələni edəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.