15 fevral 2013 12:56
“Bu gün Petrolulda qalıb-qalmayacağıma aydınlıq gələcək”
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri Rumıniyanın “Petrolul” klubu ilə müqavilə bağlamaq şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bolqarıstanın “Litex” klubu ilə oyunda baş məşqçi fərqli heyəti meydana buraxmışdı. “Zeta” ilə oyunda çıxış edən futbolçular mənim kimi, ikinci hissədə meydana çıxdılar. “Litex”lə heç-heçəyə razılaşsaq da, qələbə də qazana bilərdik. Sadəcə, ələ düşən qol epizodlarından lazımınca yararlana bilmədik. Öz oyunum haqda danışa bilmərəm. Sadəcə onu deyə bilərəm ki, həyəcandan bütün bacarığımı nümayiş etdirə bilmədim. Məşqçilər korpusunun qərarını gözləyirəm. Bu gün “Petrolul”da qalıb-qalmayacağıma aydınlıq gəlməlidi. Ümid edirəm ki, cəhdlərim faydasız qalmayacaq”.