15 fevral 2013 13:08
“İstər Rəvan, istər Neftçi, istərsə də Qəbələ olsun, fərq etmir”
”Bu gün Şəmkirdə “Kəpəz”in əvəzedici heyəti “Rəvan”ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Mehman Hacıyev oyunla bağlı klubun rəsmi saytına açıqlama verib:
“Cari mövsüm “Rəvan”la birinci dövrədə keçirilən oyunu izləyə bilməmişəm. Həmin vaxt mən əsas heyətdə çalışdığım üçün rəqib haqda məlumatım yoxdu. Ancaq bizim üçün rəqibin kimliyi fərqi etmir. İstər “Rəvan”, istər “Neftçi”, istərsə də “Qəbələ” olsun. Biz hər oyun meydana qələbə əzmi ilə çıxırıq”.
