15 fevral 2013 13:14
Ufuk Budak Eskişehirspora qayıtdı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak Türkiyənin “Eskişehirspor” klubunun düşərgəsinə qayıdıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü xeyli müddət idi Almaniyada zədəsini sağaltmaqla məşğul idi.
Klubun rəsmi saytının məlumatına görə artıq düşərgəyə dönən millimizin müdafiəçisi məşqlərə də başlayıb. Lakin o, komanda ilə yox, fərdi məşqlərlə kifayətlənir. Futbolçumuzun yaşıl meydanlara nə vaxt qayıdacağı hələ də bəlli deyil.
Qeyd edək ki, Ufuk yaydan etibarən zədələnib və əməliyyatlara, müalicələrə rəğmən, əvvəlki formasına qayıda bilmir.
