15 fevral 2013 13:47
Böyükağa Hacıyev: Simurqla oyunda xal itkisi planlarımıza daxil deyil
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 20-ci turunun “Simurq”la qarşılaşması öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları bildirib:
“Bizim üçün hər bir oyun vacibdi. Səfərdə - Zaqatalada oynasaq da, qələbə qazanmaq istəyirik. Çətin oyun olacaq. Çünki “Simurq” bu mövsüm yaxşı oyun sərgiləyir. Buna baxmayaraq, xal itkisi planlarımıza daxil deyil. Komanda sabit oyununu sərgiləməyə davam etməlidi”.