15 fevral 2013 14:03

“Hələ mənə məşqçi demək olmaz”

"Kəpəz"in keçmiş kapitanı Azər Məmmədov Gəncə klubunun saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, bölgə klubunun əvəzedici heyətində məşqçi kimi çalışan Məmmədov futbolçu karyerasından, hazırki işindən və gələcək məqsədlərindən bəhs edib.
 
- Əvvəlcə karyeranızı bitirməyiniz barədə fikriləriniz öyrənək.
- Açığı bu haqda qərar vermək çətin oldu. 20 il futbol oynamışam. Bu az vaxt deyil. Birdən-birə sevimli peşəmdən uzaqlaşmaq təbii ki, ağır idi. Amma bir gün gəldiyin kimi bir gün də getməlisən. Tərif kimi çıxmasın, Azərbaycan futbolu üçün normal oyunçu olmuşam. Çıxış etdiyim komandalarla uğurlar qazanmışam. Millinin bütün yaş qrupları üzrə komandalarda oynamışam. Ölkəmizdə Çempionlar Liqasında mərhələ adlayan ilk futbolçulardan biriyəm.
 
- "Kəpəz"ə gənc yaşlarında düşməyinizi elə uğur kimi qiymətləndirmək olar...
- Əlbəttə ki, bunun özü də qürurvericidi. 16 yaşım olanda seçim oyunlarından sonra "Kəpəz"ə düşdüm. 40 futbolçunun arasından məndən əlavə 3 gənc seçildi. O, vaxt komandaya düşmək indikindən çox çətin idi. Çünki ciddi rəqabət vardı.
 
- İlk oyunlarınız haqda danışmağınızı istərdik...
- 1992-ci ildə "Kəpəz"in heyətində çox güclü futbolçular vardı. Mehman və Füzuli Allahverdiyevlər, Cavid Əhmədov, Tofiq Məmmədov, Əfqan Talıbov, Əli Rəhimov eləcə də digər tanınmışlarla bir komandada idim. Həmin vaxtlar gənclərdən Mahmud Qurbanov, Fazil Pərvərov, Ceyhun Tanrıverdiyev də klubda çıxış edirdi. İlk mövsümdə iki oyun oynadım. Biri Qazaxın "Göyəzən" digəri isə Akstafanın "Avey" komandalarına qarşı olub. Qazaxlılarla görüşdə 4 dəqiqə meydanda oldum. İki dəfə ayağıma top dəydi. Hər ikisində də Ceyhun ötürmə etdi. Sevincimin həddi-hüdudu yox idi. "Avey"ə qarşı matçda isə 40 dəqiqə meydanda oldum.
 
- "Kəpəz"də 4 nömrəli formanı həmişə güclü müdafiəçilər geyinib...
- Elədir. Mən bu formanı Tofiq Məmmədovdan almışdım. Ancaq Tofiq ola bilməzdim. O, çox güclü müdafiəçi olub. Yəqin ki, ənənə davam edər.
 
- Əvəzedici heyətdəki işiniz ürəyincədir?
- İşimi bəyənirəm və seçimi özüm etmişəm. Birdən-birə hansısa komandada baş məşqçi işləmək təklif olunsa belə qəbul etməzdim. Çünki mən hələ təzə başlamışam, bir ayın məşqçisiyəm. Hələ mənə məşqçi də demək olmaz (gülür). İşlədikcə öyrənəcəyəm. Amma indi əvəzedicilərə nəsə öyrətmək, yol göstərmək bacarığına malikəm.
 
- Yəqin ki, məşqçilik kurslarına yazılmaq fikriniz var?
- Keçmiş komanda yoldaşım Aslan Kərimovla dostluq əlaqələrim var. O, mənə B kateqoriyalı məşqçilik kurslarına yazılmağı təkil elədi. Bilirsiniz ki, əsas yığmada oynamış futbolçular C kateqoriyasından yox, birbaşa yuxarı mərhələdən başlaya bilərlər. Amma mən Aslanla razılaşmadım. Bildirdim ki, mən bütün kateqoriyaları oxuyub, mərhələli şəkildə biliyə yiyələnməliyəm. Çünki əlifbanı oxumadan, hərfləri tanımaq olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.