16 fevral 2013 20:05
Azərbaycan çempion oldu (YENİLƏNİB)
Bu gün sayca 6-cı Bakı Beynəlxalq Futzal Turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.
Final mərhələsinə 5-ci yer uğrunda oyunla start verilib. Azərbaycanın ehtiyat yığma komandası sonuncu olmamaq üçün Moldovadan güclü olmağa çalışıb. Lakin komandamız 3:5 hesablı məğlubiyyətlə üzləşib.
Üçüncü yer uğrunda keçiriləcək qarşılaşmada Latviya Özbəkistanla qarşılaşıb. Özbəklər minimal hesabla qələbə qazanaraq, bürünc medallara sahib çıxıblar.
Nəhayət, turnirin həlledici matçında Azərbaycanın əsas yığma komandası Belarusla münasibətlərinə aydınlıq gətirib. Komandamız əzmkar qələbə sayəsində çempion olub.
Bakı Beynəlxalq Futzal Turniri
Final mərhələsi
5-ci yer uğrunda oyun
Moldova – Azərbaycan-2 - 5:3
Hakimlər: Namazov Ramil, Məhərrəmov Ramiz, Hüseynov Azad
3-cü yer uğrunda oyun
Latviya – Özbəkistan - 0:1
Hakimlər: Məmmədov Elçin, Mahmudov Mehman, Məhərrəmov Ramiz
Final
Azərbaycan – Belarus - 2:1 (0:1)
Qollar: Slivonçik (0:1), Borisov (1:1), Felipe (2:1)
Hakimlər: Səmədli Elçin, Nurullayev Yusif, Namazov Ramil
