15 fevral 2013 14:49
“Son turların bizə çoxlu sürprizlər bəxş edəcəyini düşünürəm”
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 20-ci turunun “Sumqayıt”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
“Bizə “Sumqayıt”la oyunda ehtiyatlı olmaq lazımdı. Onlar səfərdə “Bakı”dan xal almağı bacardılar. Yaxşı oynadıqlarını görmüsüz. Diqqətli olmalıyıq”.
“Bizə “Sumqayıt”la oyunda ehtiyatlı olmaq lazımdı. Onlar səfərdə “Bakı”dan xal almağı bacardılar. Yaxşı oynadıqlarını görmüsüz. Diqqətli olmalıyıq”.
Albaniyalı müdafiəçinin sözlərinə görə, komanda mövsümün qalan hissəsinə yaxşı hazırlaşıb: “Biz Türkiyədə yaxşı hazırlıq keçdik. İlk oyunda “Qəbələ” ilə heç-heçə etdik. İndi “Sumqayıt”la oyunda qələbə qazanmaq istəyirik. Ciddi uğur qazanmaq üçün sumqayıtlılar da daxil olmaqla, bütün rəqiblərimizi yenməliyik”.
Aqolli ilk altılıq uğrundakı mübarizədən də danışıb: “İndi hər oyun ağırdı. Komandalar arasındakı xal fərqləri də çox azdı. Çox güclü rəqabət var. Ona görə də son turların bizə çoxlu sürprizlər bəxş edəcəyini düşünürəm. Axı heç də bütün klublar ilk altılığa düşə bilməyəcəklər”.
Ağdamlıların arxa xətt oyunçusu “Qəbələ” ilə oyunu da xatırlayıb: “Təbii ki, biz Qəbələyə qələbə üçün getmişdik. Amma nəzərə alsaq ki, bu oyun səfərdə keçirildi və rəqib də “Qəbələ” idi, onda nəticəni pis adlandırmaq olmaz”.
Ansi “Qarabağ”ın yeni transferlərindən Kristian Torres və Reynaldo barədə də söhbət açıb: “Torresi Azərbaycanda çoxdan tanıyırlar. Hamı bilir ki, bu futbolçu oynamağı bacarır. Reynaldoya isə hələ vaxt lazımdı. O, cəmi 4-5 gündü komanda ilə birlikdədi. Belə oyunçular “Qarabağ”a kömək edə bilərlər”.
