15 fevral 2013 15:05
“Əgər Bakı ilə AZAL heç-heçə etsə, biz də Xəzər Lənkəranı məğlub etsək...”
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 20-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizi çox çətin oyun gözləyir. “Bakı”ya qarşı keçirdiyimiz son oyunumuzla müqayisədə bu dəfə bəzi taktiki dəyişikliklər etməyi düşünürük. Rəqibimiz indi elə vəziyyətdədi ki, bizimlə oyunda hücum futbolu sərgiləməyə məcburdu. Bizi isə heç-heçə də qane edir. Buna baxmayaraq, qələbəyə oynayacağıq. Bizim hələ ilk altılığa düşmək şansımız qalır. Əgər “Bakı” ilə AZAL heç-heçə etsə, biz də “Xəzər Lənkəran”ı məğlub etsək, şanslarımızı daha da artıracağıq”.