15 fevral 2013 15:30
Ramiz Məmmədov: İnterlə səfər oyunundan üç xalla qayıtmağa çalışacağıq
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 20-ci turunun “İnter”lə qarşılaşması öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, bizim üçün digərləri kimi adi bir oyundu. “Qəbələ” hələ ilk altılıqdakı yerini təmin etməyib. Qələbəyə oynayacağıq. İlk altılığa düşmək vəzifəsinin öhdəsindən mümkün qədər tez gəlməyə çalışırıq. Çox çətin oyun olacaq. Amma mən komandama inanıram. Evə üç xalla qayıtmağa çalışacağıq”.